Rusiyada Mərkəzi Asiyadan olanlar da Ukraynadakı müharibəyə aparılır
Rusiyanın Ukraynadakı müharibəsində Mərkəzi Asiya ölkələrindən ən azı 93 nəfər həlak olub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, həlak olanlar 40 nəfəri Tacikistandan, 34 nəfəri Özbəkistandan, 19 nəfəri isə Qırğızıstandandırlar.
Əslində bu rəqəmləri dəqiq rəqəmlər kimi də qəbul etmək doğru olmaz. Amma BBC-nin Rus Xidmətinin araşdırmasında belə verilir.
Britaniya media korporasiyasının materialı müharibəyə Rusiya həbsxanalarından gəlmiş və “Vaqner” özəl hərbi şirkəti tərəfindən cəlb edilmiş əmək miqrantlarına həsr olunub.
KİV-lərin məlumatına görə, Ukrayna ərazisində gedən döyüşlərdə azı 20 tacikin öldürüldüyü bildirilir. Qeyd edək ki, onların bir çoxunun cəsədi vətənə çatdırılıb. Amma Rusiyada dəfn olunan taciklər barədə də xəbərlər dolaşmaqdadır.
...Rusiya həbsxanalarından məhbusların müharibədə iştirak etmək üçün məcburi cəlb edilməsi mövzusunu işıqlandıran rusiyalı hüquq müdafiəçilərinin fikrincə, bu təcrübə “Vaqner” PMC-nin birbaşa nəzarəti altında həyata keçirilir. Çox vaxt məhbuslar seçimsiz qalır və müharibəyə çağırış məcburi şəkildə həyata keçirilir.
Yeri gəlmişkən, hələlik Tacikistan hakimiyyəti Rusiyanın Ukraynaya təcavüzünü nə dəstəkləyib, nə də açıq şəkildə pisləyib, qəti şəkildə neytral mövqe tutmağa üstünlük verib. Ötən ilin payızında Tacikistanın Rusiyadakı səfirliyi Rusiya Federasiyasında müvəqqəti yaşayan və işləyən həmvətənlərinə xarici dövlətlərin ərazisində hərbi əməliyyatlarda iştiraka görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edib.
Xatırladaq ki, Tacikistanın yerli sakinləri Ukrayna Silahlı Qüvvələri tərəfində də, ruslara qarşı döyüş əməliyyatlarında iştirak edirlər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB