Bu arada Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Ukrayna xüsusi xidmət orqanları ilə əməkdaşlıq edərən Bryansk vilayətinin sakinini saxlayıblar.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, tutulan rusdur, amma buna baxmayaraq, o, Federal Təhlükəsizlik Xidməti və Rusiya hərbçiləri, habelə onların Ukrayna ilə sərhəd rayonlarda hərəkəti barədə məlumat toplayırmış.
Rus saytlarının yazdığına görə, şübhəli şəxs bu məlumatları Ukrayna hərbçilərinə ötürmək üçün toplayırmış.
Bundan əlavə o, terror aktları törətməyi də planlaşdırırmış. Təhlükəsizlik Xidmətinin məlumatına görə, həmin şəxs Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün lazımi materiallar da əldə edib.
Lakin cinayətlərə hazırlıq prosesində “təcavüzkar” Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən cinayət başında yaxalanıb.
Verilən məlumata görə, cinayət işi Federal Təhlükəsizlik Xidmətinin Bryansk vilayəti üzrə istintaq şöbəsi tərəfindən başlayıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB