"Bizə NATO və müvafiq olaraq NATO-da Ukrayna lazım deyil"

"Bizə NATO və müvafiq olaraq NATO-da Ukrayna lazım deyil"

Şimali Atlantika Alyansının tərkibində Rusiyaya nə NATO, nə də Ukrayna lazım deyil. Belə ki, NATO-nun baş katibi Yens Stoltenberqin sözlərinə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev cavab verib.

SİA-nın əldə etdiyi məlumata görə, Stoltenberq alyansın hərbi əməliyyatlar bitdikdən sonra Ukraynanın NATO-ya qəbulu ilə bağlı stabil siqnallar məsələsinə baxacağını bəyan edib.

“Nə demək olar? Bizə NATO və müvafiq olaraq NATO-da Ukrayna lazım deyil”, - deyə rus səlahiyyətli bildirib.

Xatırladq ki, bir müddət bundan əvvəl Avropa Parlamentinin deputatları qəbul etdikləri qətnamədə NATO-nu Ukrayna münaqişəsi başa çatdıqdan sonra Ukraynanın Şimali Atlantika Alyansına inteqrasiyası prosesinə başlamağa çağırıblar.

Parlamentarilər həmçinin Avropa İttifaqı və NATO üzvlərini Ukraynanın alyansa yekun qəbulundan əvvəl də Kiyevlə sıx əlaqə saxlamağa və əməkdaşlıq etməyə çağırıblar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə