Polşa Belarusla sərhəddə elektron hasar tikib

Polşa Belarusla sərhəddə elektron hasar tikib

Polşa Belarusla sərhəddə elektron maneənin tikintisini başa çatdırıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə iyunun 15-də Polşa Sərhəd Mühafizəsinin mətbuat xidməti Twitter-də yayıb.

Bildirilir ki, cümə axşamı elektron hasarın quraşdırılması ilə bağlı tikinti işlərinin qəbulu başa çatdırılıb.

Yeri gəlmişkən, sistem Polşa-Belarus sərhədində 206 kilometr uzunluğunda fəaliyyət göstərəcək.

Sərhəd Mühafizəsindən onu da qeyd ediblər ki, artıq bir ildir ki, sərhəddə fiziki maneə dayanır.

Xatırladaq ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində də elektron hasarın tikintisi ilə bağlı artıq işə başlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə