Ruslar Ukraynanın zəbt etdiyi ərazilərində yeni seçki keçirir

Moskva Ukraynanın ilhaq edilmiş ərazilərində seçkilərin vaxtını təyin edib
Ruslar Ukraynanın zəbt etdiyi ərazilərində yeni seçki keçirir

Rusiya Mərkəzi Seçki Komissiyası Ukraynanın Moskvanın nəzarətində olan ərazilərində yerli seçkilərin keçirilmə tarixini müəyyənləşdirib. MSK-nın bəyanatında deyilir ki, Rusiya sentyabrın 10-da bir səsvermə günü 83 kampaniya keçirməyi planlaşdırır.

İlhaq edilmiş Krımda və Rusiyanın 2022-ci ildə ilhaq olunduğunu elan etdiyi dörd rayonun regional parlamentlərinə səsvermənin keçirilməsi planlaşdırılır: Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətləri (Rusiya Konstitusiyasında onlar Donetsk və Luqansk xalq respublikaları adlanırlar) ərazilərindəki 79 yaşayış məntəqəsinin bələdiyyələrinə seçkilər keçiriləcək.

Maraqlıdır ki, seçkilərin hansı yerlərdə keçiriləcəyi barədə məlumat verilmir. Məsələ bundadır ki, bu bölgələrdən ikisində, Xerson və Zaporojye vilayətlərində, Moskva böyük şəhərlərə nəzarət etmir.

Bundan əlavə, Donetsk vilayətində yaşayış məntəqələrinin əhəmiyyətli hissəsi Ukraynanın qanuni idarəçiliyi altındadır. Bundan əlavə, yaşayış məntəqələrinin bəziləri tamamilə dağıdılıb və ya sakinlər tərəfindən tərk edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə