...O gün Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeriy Zalujnını öldürmüşdülər.
Bu gün də Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanovun Rusiyanın Kiyevdəki Ukrayna departamentinin binasına raket hücumu zamanı ağır yaralandığını deyirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti Ukrayna kəşfiyyatında mənbələri olan Rusiya kəşfiyyatının nümayəndəsinə istinadən xəbər verir.
Rusların yazdığına görə, raket Budanovun ofisinin yanındakı ofisə düşüb, nəticədə Respublika Baş Kəşfiyyat İdarəsinin rəisi ağır yaralanıb.
Daha sonra o, helikopterlə Polşanın Rzeşov şəhərindəki hərbi bazaya aparılıb. Rus saytlarının yazdığına görə, ordan da Amerika təyyarəsi ilə Almaniyaya aparılaraq Berlin klinikasına yerləşdirilib.
Ruslar Ukrayna Baş Kəşfiyyat İdarəsi rəhbərinin vəziyyətinin ağır olduğunu deyirlər.
Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin Ukrayna kəşfiyyatının qərargahına edilən hücuma Moskvadakı pilotsuz təyyarə hücumunu cavab adlandırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB