"Ukraynanın əks hücumu ilə bağlı nəticə çıxarmaq hələ tezdir"

"Ukraynanın əks hücumu ilə bağlı nəticə çıxarmaq hələ tezdir"

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Milli, Ukraynanın əks-hücum əməliyyatı ilə bağlı nəticə çıxarmağın hələ tez olmasını, hər şey ilkin mərhələdə olması ilə əlaqələndirib.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, Milli bunu Brüsseldə keçirilən Ukraynanın müdafiəsi üzrə təmas qrupunun iclasından sonra keçirilən brifinqdə deyib.

“Prezident Zelenskinin bu yaxınlarda elan etdiyi kimi, ukraynalılar ölkələrini azad etmək üçün hücum əməliyyatına başlayıblar. Onlar ilkin mərhələdədirlər. Və ərazilərini qaytarılması ilə bağlı hər hansı yekun qiymətləndirmələr etmək hələ tezdir”.

Bunları deyən Milli, adətən müharibələrin dinamik olduğunu, burada iradələrin rəqabətini nəzərə almağı əlavə edib.

Yeri gəlmişkən, general Milli, ABŞ müdafiə naziri Lloyd Ostin “müharibə qeyri-müəyyən və qəddardır və həmişə yüksək qiymətə başa gəlir” deyimi ilə razılaşdığını da gizlətməyib.

“Prezident Baydenin dediyi kimi, dəstəyimiz sarsılmayacaq. Qətiyyətimiz zəifləməyəcək və birliyimiz parçalanmayacaq. Əmin olun, nə qədər lazımdırsa, biz Ukrayna xalqının yanında olacağıq”

Bunu isə Ostin bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə