Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Türkiyənin Milli Müdafiә Nazirliyi mәlumat yayıb

Suriyanın şimalındakı Tel Rıfat və Münbiç bölgələrində separatçı terror təşkilatı PKK-nın 16 üzvü zərərsizləşdirilib.

Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə hərbçiləri hücum törətləyə cəhd göstərən terrorçuların sığınacaqlarını dağıtmağa davam edir. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
"Tel Rıfat və Münbiç bölgəsindəki terror hədəflərini məhv edən Türkiyə Silahlı Qüvvələrimiz daha 16 terrorçunu zərərsizləşdirib. Bölgədə zərərsizləşdirilən terrorçuların sayı 57-yə yüksəlib",-deyə Milli Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə