Papa Fransiskin vəziyyətiylə bağlı açıqlama verilib

Papa Fransiskin vəziyyətiylə bağlı açıqlama verilib

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Papa Fransiskin qarnındakı yırtıq səbəbiylə 7 iyunda keçirdiyi əməliyyatından sonra sağalma prosesinin yaxşı keçdiyi və evə buraxılacağı bildirilib. SİA xarici KİV-ə istinadla bildirir ki, Vatikan Mətbuat sözçüsü Matteo Bruni verdiyi yazılı açıqlamada Papanın gecə ərzində yaxşı dincəldiyini, klinik gedişatının nizamlı olaraq davam etdiyini və qan analizlərinin normal olduğunu bildirib. Bruni qeyd edib ki, Papanın xəstəxanadan buraxılması sabah səhər onun vəziyyətini yaxından izləyən tibbi qrup tərəfindən təsdiqlənib. Katoliklərin ruhani lideri iki il əvvəl yoğun bağırsaq əməliyyatından sonra qarnındakı kəsik nəticəsində yaranan yırtıq səbəbiylə iyunun 7-də Romadakı Gemelli Xəstəxanasında üç saatlıq əməliyyat keçirmişdi. Əməliyyatda 86 yaşlı Papanın qarın divarına protez qoyulub. Papa da bu il martın 29-da nəfəs darlığı şikayəti ilə Gemelli Xəstəxanasına aparılıb. Burada tənəffüs yolu infeksiyasından müalicə alan Papa Fransisk aprelin 1-də evə buraxılıb. 2013-cü ildə Katolik Kilsəsinin 266-cı Papası seçilən Fransisk dizindəki narahatlıq səbəbiylə bir müddətdir ki, əlil arabasından da istifadə edir.

Bütün xəbərlər Facebook səhifəmizdə