Keniyada aparılan “aclıq kultu” istintaqında kütləvi məzar axtarışları zamanı tapılan cəsədlərin sayının 303-ə yüksəldiyi bildirilib. SİA xəbər verir ki, sahil bölgəsi komissarı Roda Onyança mətbuata verdiyi açıqlamada, ardıcıllarını ölüm orucuna aparan və həyatlarını itirən "aclıq kultu" ilə bağlı araşdırmada yeni cəsədlərin tapıldığını açıqladı. Onyança, dini lider Paul Mackenzie-nin terrorda günahlandırıldığı istintaqda yeni cəsədlərin tapıldığını və cəsədlərin sayının 303-ə yüksəldiyini açıqladı. "Müjdə" Beynəlxalq Kilsəsi Pastoru Mackenzie'nin kilsəsi xalqa ac qalsalar Hz. İsa ilə görüşəcəyinə söz verərək bir çox insanın ölümünə səbəb olduğu iddiası ilə istintaq başladılıb. Təriqətin lideri Makkenzi istintaqın əvvəlində polisə 1000 nəfərin meyitinə çatacaqlarını bildirib. Əməliyyat başlayandan indiyədək sektaya qarşı 45 həbs edilib, 95 nəfər isə meşədən sağ-salamat xilas edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB