İyunun birinci yarısında dünyada havanın temperaturu rekord həddə çatıb
İyunun birinci yarısında dünyada havanın temperaturu rekord həddə çatıb. SİA xarici mediaya istinadla bildirir ki, iyunun ilk 11 günündə dünya üzrə temperatur ilin bu dövrü üçün rekordları qırıb. İyunun birinci yarısında dünyada havanın temperaturu rekord həddə çatıb Avropa İttifaqının (Aİ) Kopernik İqlim Dəyişikliyi Xidmətinin məlumatlarına görə, El Nino hava hadisəsinin formalaşmasından və keçən ay rekord qıran dəniz səthinin temperaturundan sonra quruda havanın temperaturu ölçülən ən yüksək orta səviyyəyə çatıb. İyun ayında qlobal hava istiliyi ilk dəfə sənayedən əvvəlki orta göstəricini 1,5 dərəcə üstələyib. Paris razılaşması ilə qlobal temperatur artımının 20 və 30 illik dövrlər üçün 1,5 dərəcə ilə məhdudlaşdırılması hədəflənmişdi. Orta hava istiliyinin yüksəlməsi əvvəllər 1,5 dərəcə həddi keçib. Lakin bu artım ilk dəfə iyun ayında qeydə alınıb. 1,5 dərəcə həddi ilk dəfə 2015-ci ilin dekabrında, daha sonra 2016 və 2020-ci ilin qış və yaz aylarında keçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB