Harvard Tibb Məktəbinin üç əməkdaşı meyitxananın direktoru ilə birlikdə tibbi müayinə və araşdırma üçün bağışlanan meyit hissələrini oğurlayıb satıb. SİA xarici KİV-ə istinadən bildirir ki, Harvard Tibb Məktəbinin meyitxanasının direktoru Cedric Lodge və daha 3 nəfər tibbi araşdırmalar üçün bağışlanan meyitlərdən "beyin, baş, dəri və sümükləri" oğurlayaraq internet üzərindən satıblar. Lodge və həyat yoldaşı Denisen cəsədləri Pensilvaniya və Massaçusetsdən götürüb.
Dünən Nyu-Hempşir federal məhkəməsində keçirilən ilk iclasda iştirak edənCedric Lodge və həyat yoldaşı Denise Lodge jurnalistlərin suallarını cavablandırmaqdan imtina ediblər. Təqsirli bilinən hər dörd müttəhimi 15 il həbs cəzası gözləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB