Cənubi Asiya ölkəsi olan Şri-Lankada ikiqat dünya rekordu qeydə alınıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Kolombo Hərbi Hospitalının həkimləri 62 yaşlı istefada olan əsgər Canistus Coonge-dən 13,37 santimetr uzunluğunda və 801 qram çəkidə böyrək daşını cərrahi yolla çıxarıblar. Daş uzunluğuna və çəkisinə görə insandan çıxarılan ən böyük böyrək daşı kimi Ginnesin Rekordlar Kitabına düşüb. Böyrək daşının yetkin bir kişinin böyrək çəkisindən 5 dəfə çox olduğu da bildirilib.
Coonge ilə müsahibədə o, 2020-ci ildən mədə ağrısından əziyyət çəkdiyini və istifadə etdiyi dərmanların kömək etmədiyini bildirib. “Sonuncu müayinədən sonra əməliyyata ehtiyacım olduğunu söylədilər. İndi özümü normal hiss edirəm" dedi.
Cərrah K.Sutharşan "Bizim üçün ən önəmlisi bu daşa baxmayaraq böyrəyin normal işləməsidir" dedi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB