Şimali Koreya Yapon dənizinə ballistik raket atıb

Şimali Koreya Yapon dənizi (Şərq dənizi) istiqamətində növbəti dəfə ballistik raket sınağı keçirib.
Şimali Koreya Yapon dənizinə ballistik raket atıb

Şimali Koreya Yapon dənizi (Şərq dənizi) istiqamətində növbəti dəfə ballistik raket sınağı keçirib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Cənubi Koreya Baş Qərargahından verilən açıqlamada Şimali Koreyanın yerli vaxtla saat 19:30-da Yapon dənizinə ballistik raket atdığı bildirilib.

Yaponiya Sahil Mühafizəsi də Şimali Koreyanın ballistik raket sınağı həyata keçirdiyini təsdiqləyib.

Yaponiya Müdafiə Nazirliyi sınaqla bağlı məlumat topladığını açıqlayıb.

Atılan raketin Yaponiyanın milli eksklüziv iqtisadi zonasından kənara düşdüyü təxmin edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə