Afrika ölkəsi timsahları satışa çıxarır

Afrika ölkəsi timsahları satışa çıxarır

Cənubi Afrika ölkələrindən biri olan Namibiya 40 timsah satmağa qərar verib. SİA xarici mediaya istinadla bildirir ki, Namibyanın Ətraf Mühit, Meşə və Turizm Nazirliyi insanlarla vəhşi heyvanlar arasında qarşıdurmaların azaldılması üçün Zambezi və Kavanqo bölgələrində yaşayan 40 timsahı satmağa qərar verib.

Nazirliyin şərhçisi qeyd edib ki, timsahlar lazımi yaşayış standartlarına cavab verə biləcək, xəstəliklərini araşdıra biləcək şərtlərə cavab verən ölkələrə satılacaq.

Namibiya hökuməti 2019-cu ildən bəri vəhşi heyvanların hücumlarına görə vətəndaşlarına 2,3 milyon Namibiya dolları (215 min manat) təzminat ödəməli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə