İngiltərədə elektron siqaret ucbatından 40 uşaq xəstəxanaya yerləşdirilib

İngiltərədə elektron siqaret ucbatından 40 uşaq xəstəxanaya yerləşdirilib

Mütəxəssislər elektron siqaretdən istifadənin uşaqlar arasında sürətlə populyarlaşdığı barədə xəbərdarlıq edirlər. SİA xarici mediaya istinadla bildirir ki, keçən il İngiltərədə 40 uşağın elektron siqaretə görə xəstəxanaya yerləşdirildiyi məlum olub.

Birdəfəlik elektron siqaretlərinin tamamilə qadağan edilməli olduğu bildirilib. Böyük Britaniyanın Milli Səhiyyə Xidmətinin (NHS) rəhbəri Amanda, pediatrların gənclər arasında elektron siqaretdən istifadəyə qarşı tədbir görülməsinə çağırış etmələrinin "doğru" olduğunu söyləyib. Pritçard, 2022-ci ildə İngiltərədə 40 uşağın "elektron siqaretlə əlaqəli xəstəliklər" səbəbi ilə xəstəxanaya yerləşdirildiyini və iki il əvvəl bu rəqəmin sadəcə 11 olduğunu söyləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə