Fransanın ekoloji transformasiya naziri Kristof Beçu ölkədə yeraltı suların səviyyəsinin mövsümi normalardan aşağı olduğunu və yayın quraq keçəcəyini bildirib və deyib...
Fransanın ekoloji transformasiya naziri Kristof Beçu ölkədə yeraltı suların səviyyəsinin mövsümi normalardan aşağı olduğunu və yayın quraq keçəcəyini bildirib. O deyib: “Ölkə bu yay quraqlıqla üzləşə bilər. Xüsusilə Fransanın Rona (Rhone) vadisi və Aralıq dənizi sahilləri kimi cənub bölgələrində quraqlıq riski ilə bağlı ciddi narahatlıqlar var. Suya qənaət edilməlidir. Ölkənin qrunt sularının 66 faizi iyun ayı üçün normadan aşağı düşüb, artıq 15 regionda sudan istifadəyə ciddi məhdudiyyətlər başlayıb. Keçən il quraqlıq səbəbindən baş verən meşə yanğınları bu yay təkrarlanma riski ilə üz-üzədir”.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Fransa Prezident Administrasiyasının "görünməmiş iqlim hadisəsi" adlandırdığı keçən ilki meşə yanğınları 72 min hektar əraziyə təsir göstərmiş və təxminən 60 min insanın təxliyəsinə səbəb olmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB