Bu arada Avstraliya Parlamenti Rusiyanın yeni səfirlik binasının tikintisi üçün ərazi icarəsini milli təhlükəsizliyə təhdid səbəbilə ləğv edən qanunu qəbul edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri ABC yayıb.
Deyilənlərə görə, Rusiyanın 2008-ci ildən icarəyə götürdüyü ərazi Kanberradakı parlament binasına bitişik idi və deputatlar belə bir yaxınlığın casusluq risklərinə səbəb olduğunu hesab edirdilər.
ABC qeyd edir ki, qanun layihəsi iyunun 15-də Avstraliya hökuməti tərəfindən parlamentə təqdim edilib və bir saat ərzində təsdiqlənib.
Avstraliya hakimiyyət orqanları Rusiyanın ölkədə diplomatik nümayəndəliklərinin olmasını qadağan etmədiklərini, sadəcə olaraq yeni səfirliyin parlamentin yanında yerləşməməsini istədiklərini vurğulayırlar.
Maraqlıdır ki, bundan narazılıq edən Kreml, bu qadağaya məhkəmədə etiraz edəcəyini bildirmişdi.
Avstraliyanın baş naziri Entoni Albaniz isə Rusiyanın beynəlxalq hüquqdan danışmağa yaramadığını bildirib. “Nəzərə alsaq ki, o, Ukraynaya təcavüzü ilə bunu belə ardıcıl və həyasızcasına rədd edir”.
Avstraliyalı nazır deyib bunu.
Yeri gəlmişkən Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Avstraliya Kiyevə hərbi yardım göstərib, yüzlərlə Rusiya vətəndaşı və şirkətinə qarşı sanksiyalar tətbiq edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB