Şimali Koreya cənubi koreyalı istifadəçilərin məlumatlarını oğurlamaq üçün ölkənin ən çox istifadə edilən axtarış sistemi və internet portalı olan “Naver”in surətini çıxarıb.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Cənubi Koreya Milli Kəşfiyyat İdarəsi (NİS) Şimali Koreyanın “Naver”ə bənzər internet axtarış sistemi qurduğunu açıqlayaraq bildirib: “Şimali Koreya axtarış sistemi vasitəsilə cənublu istifadəçilərin parol və adlarını oğurlayaraq şəxsi məlumatlara daxil olmaq istəyir. Şimal kiber fırıldaqçılıq etməyə çalışır. “Naver”in əsas səhifəsinin sinxron xəbərlər bölməsi də daxil olmaqla bütün hissələr tam olaraq kopyalanıb. Saytlara daxil olarkən daha diqqətli olmaq lazımdır. Onların saxta olduğu aşkar edilərsə, sayta girişi kəsəcəyik”.
Qeyd edək ki, Cənubi Koreyada ən çox istifadə edilən internet saytlarından biri olan “Naver” portalı xəritələr, onlayn ödəniş sistemləri, bloq və söhbət saytları kimi müxtəlif sahələrdə xidmətlər təqdim edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB