"Ukrayna ordusunun irəlilədiyini görürük" - NATO BAŞ KATİBİ

"Ukrayna ordusunun irəlilədiyini görürük" - NATO BAŞ KATİBİ

Ukrayna əks-hücuma başladı. Döyüş meydanında nə qədər uğurlu olarsa, Rusiya ilə danışıqlar masası arxasında bir o qədər yaxşı mövqe tutacaq. SİA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq brifinqdə deyib.

Stoltenberq qeyd edib ki, Ukrayna əks-hücum əməliyyatı keçirir və NATO bunun müharibədə dönüş nöqtəsi olub-olmayacağını hələ bilmir: “Amma biz görürük ki, ukraynalılar irəliləyir və daha çox ərazini azad edirlər. Biz bilirik ki, Ukrayna nə qədər çox şey əldə etsə, Rusiya ilə danışıqlar masasında mövqeləri bir o qədər möhkəm olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə