Ukrayna müdafiəçiləri şərq cəbhəsində bir neçə kilometr irəliləyiblər. Rus işğalçıları isə canlı qüvvə və texnika itkiləri verərək artıq qaçmağa hazırdırlar.
SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Espresso”nun efirində “Svoboda” batalyonunun döyüşçüsü Yaroslav Lısenko danışıb.
Onun sözlərinə görə, bəzi bölmələr Donetsk vilayətində Baxmut ətrafında da “kiçik əks-hücumlara” başlayıblar.
“Biz də öz istiqamətimizdə irəliləyirik. Düşmən canlı qüvvə və texnika itkisi verir. Kurdyumovka, Kleşçeevka, Ozeryanovka altında silahdaşlarımız bir neçə kilometr irəliləyiblər. Bu hissə çox önəmlidir, bir dəfə bizim tərəfimizdən möhkəmləndirilsə də amma keçən il itirilib”.
Bunları deyən Lısenko, hazırda Müdafiə Qüvvələrinin şərq istiqamətində əvvəllər itirilmiş mövqeləri geri qaytardıqlarını da əlavə edib.
“...İndi biz yenidən mövqelərimizə qayıdırıq, düşməni darmadağın edirik. Və deyəsən, düşmən artıq buna hazırdır. İşğalçılar sakitləşdilər, bizim böyük hücumumuzu gözləyirdilər, lakin onları heç nə xilas edə bilməz. Ruslar artıq qaçmağa hazırdırlar”, - deyə Lısenko əlavə edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB