Rusiyanın Maliyyə Nazirliyi bundan imtinanın səbəbini açıqlayıb

Rusiyanın Maliyyə Nazirliyi bundan imtinanın səbəbini açıqlayıb

Bu arada Rusiya hakimiyyəti ölkədən gedən ruslar üçün fərdi gəlir vergisinin 13-15 faizdən 30 faizə qədər artırılması ideyasından imtina edib.

Çünki bu halda büdcə həm vergi gəlirlərini, həm də sığorta haqlarını itirə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə maliyyə nazirinin müavini Aleksey Sazanov danışıb.

Beləliklə, o, hazırda uzaqdan işləyən işçilərin burada sığorta haqları və şəxsi gəlir vergisi ödədiklərini bildirib.

Belə ki, 30 faizlik tarif tətbiq olunarsa, o zaman fiziki şəxslərin çalışdığı şirkətlər xaricdə filiallar yarada və orada fiziki şəxsləri işə götürə bilərlər.

Bu halda isə, Rusiya büdcəsi təkcə fərdi gəlir vergisindən əldə edilən gəlirləri deyil, həm də sığorta haqlarını əldən verəcək.

“İşçi qüvvəsinin belə daşmasın deyə biz həm rezidentlər, həm də qeyri-rezidentlər üçün vahid tarif təklif etdik”, - deyə Sazanov bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə