“Müharibənin əvvəlində Putin Krımla bağlı danışıqlara hazır idi”

2022-ci ilin yazında Rusiya ordusunun ilk ağır itkilərindən sonra Putin bütün tələblərindən, o cümlədən Krım və Donbasa nəzarətdən imtina etmişdi, amma...
“Müharibənin əvvəlində Putin Krımla bağlı danışıqlara hazır idi”

Belarus lideri Aleksandr Lukaşenko “Rossiya 1” telekanalının aparıcısı Olqa Skabeyevaya verdiyi müsahibəsində ötən ilin martında Rusiya prezidenti Vladimir Putinin Ukrayna hakimiyyəti ilə Krımın statusu ilə bağlı danışıqlara razılıq verdiyini bildirib.

Lukaşenkonun sözlərinə görə, Putin Ukrayna ilə artıq ölkələrin nümayəndə heyətləri tərəfindən razılaşdırılmış sülh müqaviləsi layihəsini şəxsən ona təhvil verib.

Sənəddə, ilhaq edilmiş Krımın “uzunmüddətli icarəsi” yazılıb və Donbasın mülkiyyəti məsələsinin Rusiya və Ukrayna başçılarının Türkiyədə şəxsi görüşü zamanı müzakirə edilməsi təklif edilib.

Qeyd edək ki, bunu Lukaşenko bildirib.

Yeri gəlmişkən, bundan əvvəl Ukrayna Prezidentinin Aparatının keçmiş müşaviri Oleksiy Arestoviç də sülh müqaviləsi layihəsinin mövcudluğundan danışmışdı.

Onun sözlərinə görə, hələ 2022-ci ilin yazında Rusiya ordusunun ilk ağır itkilərindən sonra Rusiya müharibə başlamazdan əvvəl irəli sürdüyü demək olar ki, bütün tələblərindən, o cümlədən Krım və Donbasa nəzarətdən imtina edib.

Geridə qalan tələblər arasında Ukrayna silahlı qüvvələrinin sayının 50 min nəfərə qədər azaldılması, Ukraynanın blokdan kənar statusu və rus dilinə ikinci dövlət dili statusunun verilməsi daxil edilib.

Aretoviçin sözlərinə görə, ölkələrin danışıqlar qrupları artıq Putin və Zelenski arasında şəxsi görüş barədə razılığa gəliblər, lakin son anda Ukrayna prezidenti Rusiya rəhbəri ilə hər hansı danışıqlardan imtina edib.

Prezident Aparatının keçmiş müşavirinin sözlərinə görə, buna səbəb Ukraynanın Buça şəhərində baş vermiş faciə olub - bu şəhər Ukrayna hərbçiləri tərəfindən azad edildikdən sonra orada Rusiya işğalı zamanı həlak olmuş onlarla mülki şəxsin cəsədi tapılıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə