İşğal olunmuş ərazilərin sakinləri üçün yeni cərimələr

İşğal olunmuş ərazilərin sakinləri üçün yeni cərimələr

Rusiya Dövlət Duması işğal etdiyi ərazilərdə hərbi vəziyyətin pozulmasına görə cərimələrlə bağlı düzəlişlər qəbul edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qanun layihəsinə əsasən, İnzibati Xətalar Məcəlləsinin 20.51-ici maddəsnə hərbi vəziyyət rejiminin pozulmasına görə vətəndaşlar üçün 500-dən 1000 rubla qədər, vəzifəli şəxslər üçün isə 1000-dən 2000 rubla qədər cərimə nəzərdə tutan bəndlər daxil ediləcək. Hər iki halda 30 günə qədər inzibati həbs mümkündür.

Sənəddə nəqliyyat vasitəsinin müsadirə edilməsinin mümkünlüyü də açıqlanır...əgər pozuntunu törətməkdə ondan istifadə etmisənsə...

Xatırladaq ki, Rusiyanın ilhaq etdiyi “DXR” və “LPR” adlanan ərazilərdə, eləcə də Rusiya ordusunun nəzarətində olan Xerson və Zaporojye vilayətlərinin ərazilərinin bir hissəsində hərbi vəziyyət tətbiq edilib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə