Bəzi tərəddüdlər də istisna edilmir...

Rostov vilayətindəki elektrik stansiyasında yanğın olub
Bəzi tərəddüdlər də istisna edilmir...

Rostov vilayətinin Novoçerkassk şəhərində “Qazprom”un törəmə müəssisəsinə məxsus iri elektrik stansiyasında yanğın baş verib. Dəqiq səbəbi hələ müəyyən edilməmiş yanğın ərazidə elektrik enerjisinin kütləvi şəkildə kəsilməsinə səbəb olub. Regionun qubernatoru Vasili Qolubevin sözlərinə görə, Moskva vaxtı ilə saat 16:00-da Rostov vilayətində 364 minə yaxın istehlakçı işıqsız qalıb. Energetiklər axşam saatlarında onları yenidən birləşdirməyə başlayacaqlarını gözləyirlər.

Hazırda Rayon Elektrik Stansiyasının işi dayandırılıb, müəssisənin ən azı üç əməkdaşının xəsarət aldığı deyilir, xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər,

Yanğının axşam saatlarına yaxın söndürüldüyü bildirilir.

Burda maraqlı nüans bilirsinizmi nədir?

Belə ki, “161.ru” saytı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yanğından əvvəl elektrik stansiyasında partlayışın baş verdiyi barədə yazıb.

Don Mash Telegram kanalı yanğının texnoloji prosesin pozulması səbəbindən baş verdiyini iddia edir. Qubernator belə bir səbəbi mümkün, regional Fövqəladə Hallar Nazirliyinin rəhbəri isə ilkin adlandırıb.

“Xarici təsir istisna edilir, əhali üçün heç bir təhlükə yoxdur”.

Bunu Fövqəladə Hallar Nazirliyinin rəhbəri Sergey Filippov bildirsə də,..amma bəzi tərəddüdlərin olduğunu da istisna etməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə