ABŞ Senatının Xarici Əlaqələr Komitəsində ən yüksək səviyyəli respublikaçı Ceyms Riş İsveçin NATO-ya daxil olmasını bəyənmədiyi üçün “cəza olaraq” Macarıstana Amerika silahlarının satışını əngəlləyib.
Qeyd edək ki, elə SİA-nın əldə etdiyi məlumata görə, böyük silah satışı ABŞ Senatı və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitələrinin sədrləri və aparıcı üzvlərindən icazə tələb edir. Rişin qərarı Macarıstana silah satışı prosesinin davam etdirilməsinə imkan vermir. (...qeyd edək ki, Macarıstanın son silah sifarişi paketinin dəyəri 735 milyon dollar təşkil etməli idi-A.B.)
Yeri gəlmişkən, ABŞ Dövlət Departamenti və Macarıstan hökuməti vəziyyəti şərh etməkdən imtina ediblər.
Yeri gəlmişkən Macarıstan İsveçi dövlət qurumlarını tənqid etdiyinə görə qınayır. May ayında Baş nazir Viktor Orban İsveçin NATO-ya üzvlüyünə qarşı heç bir şey olmadığını söyləsə də, lakin onun ərizəsinin təsdiqlənməsi üçün iki ölkə arasında münasibətlərin əhəmiyyətli dərəcədə yaxşılaşması lazım olduğunu söylədi.
Xatırladaq ki, İsveç və Finlandiya NATO-ya üzv olmaq üçün ötən ilin mayında Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinə görə müraciət etmişdilər. Alyansa qoşulmaq üçün onun bütün üzvlərinin razılığı tələb olunur. Finlandiya 2023-cü ilin aprelində NATO-ya qəbul edilib.
İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb. Sonuncu İsveçdən Türkiyə hakimiyyətinin terror təşkilatı hesab etdiyi Kürdüstan Fəhlə Partiyasının nümayəndələrini ekstradisiya etməyi tələb edir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB