Sudanda ordu ilə xüsusi təyinatlı qüvvələr arasında paytaxt Xartumun şimalında və cənubunda intensiv toqquşmalar davam edir.
Aprelin ortalarında başlayan daxili qarşıdurma beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarına və sanksiya hədələrinə baxmayaraq 59 gündür davam edir.
Ordu ilə xüsusi təyinatlı qüvvələr arasında paytaxtın şimalındakı Bahri və cənubdakı bəzi bölgələrdə toqquşma olub. Bölgə sakinləri şəhərin üzərində döyüş təyyarələrinin uçduğunu bildiriblər.
Şahidlərin sözlərinə görə, orduya məxsus döyüş təyyarələri xüsusi təyinatlı qüvvələrin paytaxtın yaxınlığında yerləşən obyektlərinə zərbələr endirib.
ABŞ və Səudiyyə Ərəbistanının Sudan böhranı ilə bağlı başlatdığı danışıqlar nəticəsiz qalıb və atəşkəs qərarları dəfələrlə ləğv edilib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB