“Krım Rusiya Federasiyasının ayrılmaz hissəsi, Rusiyanın bölgəsidir”.
Bu arada Kreml sözmüsü Dmitri Peskov ötən il danışıqlar zamanı Rusiya və Ukraynanın Krımın icarəyə verilməsini müzakirə etdiyi barədə məlumatları təkzib edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Peskov bu barədə iyunun 14-də jurnalistlərə verdiyi açıqlamasında bildirib.
Beləliklə, Kreml sözmüsünün dediyinə görə, bu ehtimal müzakirə olunmayıb.
“Krım Rusiya Federasiyasının ayrılmaz hissəsi, Rusiyanın bölgəsidir”.
Qeyd edək ki, Rusiya Federasiyasının başçısının mətbuat katibinin səsləndirdiyi bu fikirləri TASS yayımlayıb.
Onu da qeyd edək ki, bir müddət bundan əvvəl Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya və Ukraynanın 2022-ci ildə danışıqlar zamanı Krımın icarəsi ilə bağlı razılığa gəlmək istədiyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB