Əfqanıstanda daşqınlar 6 nəfərin ölümünə səbəb oldu

Əfqanıstanda daşqınlar 6 nəfərin ölümünə səbəb oldu

Əfqanıstanın 7 əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 6 nəfər ölüb, 8 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə "TOLOnews" telekanalı Təbii Fəlakətlərin İdarə Edilməsi Nazirliyinin nümayəndəsi Şəfiullah Rəhimiyə istinadən məlumat yayıb.

"30 ev zədələnib və ya tamamilə dağılıb, 7 körpü uçub, 832 heyvan tələf olub", - Rəhimi bildirib.

"TOLOnews"un məlumatına görə, son bir neçə gündə daşqınlar ölkənin şərq, şimal-şərq və mərkəzi hissələrində yerləşən yeddi əyalətə (Qor, Kunar, Nuristan, Bədəxşan, Paktiya, Pərvan və Taxar) ziyan vurub.

Bütün xəbərlər Facebook səhifəmizdə