Adrenalin həvəsi görün nələrə səbəb oldu?

Adrenalin həvəsi görün nələrə səbəb oldu?

Rusiyalı biznesmen Sergey Sıqanovun paraşüt həvəsi faciə ilə bitib. SİA xəbər verir ki, belə ki, 51 yaşlı iş adamı Mi-8 helikopterindən tullanıb, bundan sonra 60 m hündürlükdə uğursuz manevr edib. Nəticədə paraşüt böyük sürətlə aşağı enib və Sıqanov yerə çırpılıb.

Faciə Moskva vilayətində Kolomna şəhərində baş verib.

Meydanda olanlar dərhal tibb işçilərini çağırıblar. Həkimlər zərərçəkənə ağır xəsarət diaqnozu qoyublar. O, xəstəxanada dünyasını dəyişib.

Qeyd edilir ki, Sıqanov Ryazan şəhərində “Invitro” tibb klinikaları şəbəkəsinin rəhbəri idi. Buna qədər isə “Europe + Ryazan” və “Ruskoye Radio - Ryazan” radiostansiyalarının sahibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə