Ukrayna Silahlı Qüvvələri əks-hücum zamanı ağır itki verib. Kremlin mətbuat xidməti iyunun 13-də xəbər verir ki, bunu Rusiya prezidenti müharibə müxbirləri ilə görüşündə deyib.
Rusiya prezidenti Vladimir Putin Ukrayna ordusunun əks-hücum əməliyyatının başlamasını şərh edərkən bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin itkiləri “şəxsi heyət baxımından fəlakətli adlandırıla biləcək qiymətə” yaxınlaşır.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə danışan Rusiya lideri vurğulayıb ki, Ukrayna ordusunun iyunun 4-də başlayan hücumu kifayət qədər irimiqyaslıdır və burada Ukrayna Silahlı Qüvvələrinin komandanlığı strateji ehtiyatlardan istifadə edir.
Buna baxmayaraq, Ukrayna ordusu heç bir sektorda əks-hücumda uğur qazana bilməyib: “Düşmən heç bir sektorda uğur qazana bilməyib. Onların böyük itkiləri var”.
Putin deyib bunu.
Maraqlıdır ki, Rusiya prezidenti Rusiya Ordusunun şəxsi heyətdəki itkilərlə bağlı bir kəlmə olsun belə deməyib. Sadəcə olaraq, Rusiya hərbi idarəsində belə hesablamaların aparılacağını vəd edib.
Müdafiə tərəfinin daha az itki verdiyini diqqətə çatdıran Putin, itkilərin nisbətinin təxminən 1-dən 10-a bərabər olduğunu deyib.
Ukrayna Silahlı Qüvvələrinin 160-dan çox tank və 360 zirehli texnika itirdiklərini deyən Rusiya rəhbəri, onlarda da “xırda texnika itkiləri” olduğunu etiraf edib.
Rusiya prezidenti bildirib ki, ilkin hesablamalara görə, Rusiya qüvvələri xaricdən gətirilən texnikanın təxminən 25-30 faizini artıq məhv edib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB