Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevdə Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Qrossi ilə danışıqlar aparıb. Müzakirə mövzularından biri Zaporojye AES-də baş verə biləcək qəza riskləri olub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Prezident vurğulayıb ki, Zaporojye AES-də qəzanın qarşısını almağın yeganə yolu onun tam silahsızlaşdırılması, işğaldan azad edilməsi və stansiya üzərində Ukrayna nəzarətinin bərpasıdır.
“Görüş zamanı AES-də risklərin minimuma endirilməsi və insidentlərin qarşısının alınması üçün atılmalı olan konkret addımlar, bunun üçün MAQATE ilə qarşılıqlı fəaliyyət yolları müzakirə edilib”, - məlumatda deyilir.
Xatırladaq ki, Rusiya silahlı qüvvələri Ukraynaya genişmiqyaslı işğalın ilk həftələrində Zaporojye Atom Elektrik Stansiyasını nəzarətə götürüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB