Türkiyə Ukraynadakı uşaq xəstəxanasına tibbi cihazlar ianə edib

Türkiyə Ukraynadakı uşaq xəstəxanasına tibbi cihazlar ianə edib

Türkiyə Ukraynanın Rivne şəhərindəki Rivne Regional Uşaq Xəstəxanasına tibbi cihazlar ianə edib.
Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyi TİKA tərəfindən 291 çarpayılıq xəstəxanaya tibbi cihazlar ianə edilib.
SİA-nın əldə etdiyi məlumata görə, bu çərçivədə xəstəxananın Anesteziologiya və Reanimasiya şöbəsi 5 ədəd infraqırmızı qızdırıcı və əsas əməliyyat otağında istifadə olunacaq 4 ədəd çox parametrli xəstə monitoru ilə təchiz olunub.
Ukraynada bir ildən artıqdır davam edən müharibə səbəbindən ölkənin müxtəlif bölgələrindən çox sayda insan, o cümlədən aztəminatlı ailələrin uşaqları və müharibə qurbanı olan uşaqlar Rivne Uşaq Xəstəxanasında müalicə olunurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə