Litvaya qaçan rus hərbi pilotun ölkədə qalmasına icazə verilib

Litvaya qaçan rus hərbi pilotun ölkədə qalmasına icazə verilib

Litva Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi müharibədə iştirakdan imtina edərək Rusiyadan qaçan rusiyalı hərbi aviasiya pilotu Dmitri Mişovun sığınacaq ərizəsinə baxılarkən ölkədə qalmasına icazə verib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə ölkə səlahiyyətliləri bildirsəıər də, amma Departament şərh verməkdən imtina edib.

26 yaşlı leytenant Mişov 28 May - Sərhəd Mühafizəsi Günündə Litva sərhədini keçib. BBC-nin məlumatına görə, bu işdə ona Putin əleyhinə olan təqaüdçü zabitlər kömək edib.

Qeyd edək ki, SİA-nın bundan əvvəl də verdiyi məlumata görə, Mişov Sızran Ali Hərbi Aviasiya Məktəbinin məzunudur və müharibənin ilk günündən Rusiyanın Ukraynaya hücumunda iştirak edən 15-ci Ordu Aviasiya Briqadasında xidmət edib. 2022-ci ilin işğalından bir ay əvvəl pilot ordudan istefa ərizəsi verdi. Bir neçə aydır ki, o, öz təbirincə, Belarus ərazisində hərbi əməliyyatlarda iştirak etməyib, hərbi ləvazimatların daşınması ilə məşğul olub.

Onun hərbidən istefası ilə bağlı müraciətləri isə cavabsız qalıb.

Səbəb isə prezident Vladimir Putinin Rusiyada səfərbərlik elan etməsi ilə bağlı imzaladığı fərman olub. Qeyd edək ki, Putinin fərmanı, digərləri ilə yanaşı, zabitlərin ordudan getməsini qadağan edir.

…Yanvarda pilota cəbhəyə getmək əmri verilir və bundan sonra o ölkədən qaçmaq qərarına gəlir.

Qeyd edək ki, hazırda müharibə başlayandan bəri Ukraynaya dəstək verən Mişov Litvada sığınacaq alsa da, amma sonradan o, Avropada pilot təhsil almağa və “yeni həyat qurmağa” ümid edir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə