Cammu və Kəşmir bölgəsində zəlzələ baş verib

Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.
Cammu və Kəşmir bölgəsində zəlzələ baş verib

Hindistanın nəzarətində olan Cammu və Kəşmir bölgəsində 5,4 bal gücündə zəlzələ baş verib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, Hindistan Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələ Cammu və Kəşmirin Doda bölgəsində baş verib.
Yerli vaxtla saat 13.33-də qeydə alınan zəlzələ nəticəsində dağıntı və tələfat barədə məlumat daxil olmayıb. Məlumata əsasən, yeraltı təkanların ocağı 6 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, zəlzələ Pakistanın Azad Cammu Kəşmir bölgəsi, Lahor, İslamabad və Pişəvər şəhərlərində də hiss olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə