Rusların nüvə silahları 1996-cı ilə qədər Belarusda mövcudmuş..?

Lukaşenka Putinə nüvə silahlarının Minskə qaytarılması xahişindən danışıb
Rusların nüvə silahları 1996-cı ilə qədər Belarusda mövcudmuş..?

Bu arada Belarus lideri Aleksandr Lukaşenko Rusiya prezidenti Vladimir Putinə nüvə silahlarının Minskə “qaytarması” xahişindən danışıb. Onun sözlərinə görə, indiyə qədər söhbət taktiki silahlardan gedir, lakin Belarus da strateji raketlərin yerləşdirilməsi üçün yerlər hazırlayır.

Onun sözlərindən belə çıxır ki, Belarus və Rusiya Nüvə Silahlarının Yayılmaması Müqaviləsini poza bilər(?).

Lukaşenkonun jurnalistlərlə söhbətindən belə çıxır ki, o, ölkədə yerləşdirilən taktiki sursatların istifadəsi ilə bağlı qərar verə biləcəyinə inanır.

...Allah eləməsin ki, müasir dövrdə bu silahların tətbiqi ilə bağlı qərar qəbul etməliyəm. Ancaq bizə qarşı aqressiya olsa, heç bir tərəddüd olmayacaq.

Qeyd edim ki, bu sözləri Belarusun “BELTA” agentliyi Lukaşenkodan sitat kimi gətirir.

Yeri gəlmişkən, burada diqqəti çəkən maraqlı bir nüans da meydana çıxıb.

Beləliklə, Rusiya ordusunun taktiki nüvə silahlarının Belarusda yerləşdirilməsi mart ayında məlum olmuşdu. O zaman Rusiya prezidenti Vladimir Putin, Minskə nüvə silahının verilməsindən danışmadığını bildirmişdi. Belə görünür ki, düz də deyirmiş.

Məsələ bundadır ki, Lukaşenkonun dediyinə görə, əslində rusların nüvə silahları hələ 1996-cı ilə qədər Belarus ərazisində olub və belə görünür ki, bu silahlar sonradan Rusiyaya aparılıb.

İndi Lukaşenkonu nüvə silahlarının yenidən Minskə “qaytarmasını” üçün Putinə minnətçi düşməsi, belə görünür ki, belaruslar üçün elə də bir yenilik deyilmiş.

Əslində nüvə silahları yenidən Belarusa gətirilmir, sadəcə olaraq geri qaytarılır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə