Məşhur aktyor yol qəzasında öldü

Məşhur aktyor yol qəzasında öldü

Uzun illər Hollivudda bir çox işdə rol alan Treat Williams yol qəzası nəticəsində dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, məşhur aktyor qəzadan cəmi 7 saat əvvəl öz fermasından İnstaqram hesabından foto paylaşıb.
ABŞ-ın Vermont ştatında ferması yaxınlığında motosikleti idarə edən Uilyams dayanacağa daxil olmaq istəyən avtomobillə toqquşub. Vasitənin ani manevrinə qarşı çarəsiz qalan Williamsın qəzadan sonra təcili yardım helikopteri ilə Nyu Yorka aparıldığı, orada edilən müdaxilələrə baxmayaraq xilas edilə bilmədiyi bildirilib. Qəza zamanı kaska taxdığı bildirilən Uilyamsın motosikletindən uçduğu bildirilib. Williamsı vuran avtomobilin sahibi Ryan Kossun qəzadan yüngül xəsarətlərlə xilas olub, hadisə ilə bağlı istintaqın davam etdiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə