Ukrayna dəyən ziyanı qiymətləndirilib

Ukrayna dəyən ziyanı qiymətləndirilib

Kaxovskaya SES-in dağıdılması nəticəsində ətraf mühitə dəymiş ziyan 1,5 milyard avronu keçib.

SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Ali Radasının Ətraf Mühit Siyasəti Komitəsinin iclasının yekunları üzrə Xerson vilayəti administrasiyasının rəhbəri Aleksandr Prokudin öz Teleqram kanalında belə bir qiymət verib.

Onun sözlərinə görə, 55 min hektara yaxın meşə sahəsi su altında qalıb. Bu səbəbindən yararsız hala düşən su bütün dünyanı iki gün sulamağa bəs edərdi.

Prokudin əlavə edib ki, bəndin dağıdılması nəticəsində ikisi uşaq olmaqla 35 nəfər itkin düşüb.

Xatırladaq ki, iyunun 6-na keçən gecə Kaxovskaya SES-də qəza baş verib. Çoxsaylı atəşlər nəticəsində bəndin dayağı zədələnib, bundan sonra əraziləri su basmağa başlayıb.

Qeyd edək ki, Kreml hadisəyə görə Kiyevi günahlandırıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bunu Kiyevin qəsdən törətdiyi təxribat adlandırıb.

Ukrayna prezidenti Vladimir Zelenski də öz növbəsində insidenti ekosid kimi qiymətləndirib və Kiyevin Beynəlxalq Cinayət Məhkəməsinə şikayət etmək planlarını açıqlayıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə