Belçika “isti dalğa” xəbərdarlığı etdi

Belçika “isti dalğa” xəbərdarlığı etdi

Belçika Kral Meteorologiya İnstitutu son həftələr yüksələn temperatur və olmayan yağıntılarla əlaqədar “isti dalğa” xəbərdarlığı etdi.

Buludlu və yağışlı havası ilə tanınan Belçikanın paytaxtı Brüsseldə həftə sonu havanın temperaturu 31 dərəcəni keçib. Ölkənin ən yüksək zirvəsi olan Ardennes bölgəsində temperatur 25-27 dərəcə olub.

SİA-nın əldə etdiyi məlumata görə, Kral Meteorologiya İnstitutu "isti dalğa" və "sarı" kod xəbərdarlıqları verib.

Ozon çirklənməsinin də yüksək olacağını bildirən institut “Ozon sızması planı”nı aktivləşdirib.

Belçikada isti və quraq hava şəraitinin ən azı daha bir həftə davam edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə