Suriyada helikopter qəzaya uğrayıb...

...20-dən çox ABŞ əsgəri yaralanıb
Suriyada helikopter qəzaya uğrayıb...

Suriyanın şimal-şərqində helikopter qəzaya uğrayıb.

SİA APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı məlumat yayıb.

Hadisə nəticəsində 20-dən çox ABŞ hərbçisi yaralanıb.

Qeyd olunur ki, təyyarə iyunun 1-də qəzaya uğrayıb, lakin hadisə barədə əvvəllər məlumat verilməyib.

On nəfər müalicə olunmaq üçün təxliyə edilib.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə