Bu arada Rusiya özünün uzun məsafəli təyyarəsini inkişaf etdirmək fikrinə düşüb. Qeyd edək ki, onun yaradılması 2028-2030-cu illər üçün planlaşdırılır.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu baş nazirin müavini - Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturov deyib.
Onun sözlərinə görə, geniş gövdəli uzunmənzilli təyyarə üzərində iş Çindən olan tərəfdaşlarla aparılıb və bu, davam etdiriləcək və bununla yanaşı ikitərəfli layihəyə dəyişikliklər də ediləcək.
Bundan əlavə, Rusiya özünün layner layihəsini də yaradır: NRC Jukovski İnstitutu yeni texnologiyaların tədqiqi və görünüşünü müəyyənləşdirir.
Laynerin uçuşlarının başlanması ilə bağlı sualı cavablandıran Manturov, söhbətin 2030-cu ildən sonrakı tarixlərdən getdiyini bildirib.
“Bəlkə də 2028-2030-cu illərdə, lakin mütləq daha əvvəl baş tutmayacaq”-deyə Manturov etiraf edib.
Yeri gəlmişkən, bundan əvvəl Rusiyanın “Aeroflot” aviaşirkəti və “Rosatom” dövlət korporasiyasının xaricdən istehsal olunan təyyarələr üçün hava filtrləri idxal etdiyi bildirilirdi. Birgə layihə çərçivəsində salonda hava təchizatı sistemləri üçün hissələrin istehsalı mənimsənilib. Aeroflot, idxal olunan komponentlərin xəttini genişləndirməyi planlaşdırdıqlarını bildirdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB