Rusiyalı general Ukraynada öldürüldü

Rusiyalı general Ukraynada öldürüldü

Ukrayna Silahlı Qüvvələrinin Zaporojye istiqamətində raket hücumu nəticəsində 35-ci Əlahiddə Ümumqoşun Ordunun Baş Qərargah rəisi, general-mayor Sergey Qoryaçov həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə müharibə müxbiri Yuri Kotenok məlumat verib.

Mərhum Dnestryanıdakı Rusiya kontingentinə rəhbərlik edib, 27-ci motoatıcı briqadaya, Tacikistandakı 201-ci hərbi bazaya və Xabarovskdakı təlim mərkəzinə komandanlıq edib. Xüsusi hərbi əməliyyat zamanı o, 35-ci AA komandirinin müavini olmuş və sonradan ordunun qərargah rəisi təyin edildi.

Generalı tanıyanların sözlərinə görə, Rusiya ordusu bu gün ən yüksək peşəkarlığı şəxsi cəsarətlə birləşdirən ən parlaq və ən təsirli hərbi rəhbərlərdən birini itirib.

Yuri Kotenok internetdə general formasında hərbçinin fotoları olmadığını bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə