ABŞ gizli şəkildə beş Avropa ölkəsindəki hava bazalarına 150-yə yaxın nüvə bombası yerləşdirib.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın siyasət və tədqiqat koordinatoru Alisiya Sanders-Zakre bildirib.
Onun sözlərinə görə, nüvə başlıqları Almaniya, Belçika, Hollandiya, Türkiyə və İtaliyadakı aviabazalarda saxlanılır. Tədqiqat koordinatoru xəbərdarlıq edib ki, Vaşinqtonun bu cür hərəkətləri nüvə müharibəsi risklərini artıran tətik nöqtəsinə çevrilə bilər.
Qeyd edək ki, apreldə Kremlin sözçüsü Dmitri Peskov, Qərbin Rusiyanın Belarusda taktiki nüvə silahı yerləşdirmək planlarına isterik reaksiya verdiyini demişdi. O, həmçinin Qərb ölkələrinin Amerikanın Avropada olan nüvə silahlarını xatırlamadıqlarını bildirmişdi.
Rəsmi məlumatlara görə, hazırda 100 nüvə bombası Hollandiyadakı Volkel bazasında, daha 150-si isə Türkiyə və Şərqi Avropada ABŞ-la nüvə silahının bölüşdürülməsinə dair razılaşma çərçivəsində saxlanılır.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB