Ruslar Konstantinovka şəhərini artilleriyadan atəşə tutublar

Ruslar Konstantinovka şəhərini artilleriyadan atəşə tutublar

Rusiya Silahlı Qüvvələri Donetsk vilayətinin Konstantinovka şəhərini artilleriyadan atəşə tutub.

SİA-nın Ukrayna saytlarından əldə etdiyi məlumata görə, zərbələr nəticəsində bir nəfər ölüb, daha iki mülki şəxs yaralanıb.

Hücum nəticəsində bəzi fərdi evlərə ziyan dəyib.

Donetsk vilayət prokurorluğu faktla bağlı istintaq başladıb.

Bütün xəbərlər Facebook səhifəmizdə