Belqorod vilayətində hələ ki, sakitlikdir...

Belqorod vilayətində hələ ki, sakitlikdir...

Belqorod vilayətinin “Novaya Tavoljanka” sakini bildirib ki, qəsəbə sakinləri ikinci gündür ki, Ukrayna ordusundan atəş səsləri eşitmirlər.

Sakinin dediyinə görə indi sakitlikdir, bəzən partlayışlar olur, lakin onların harada olduğu bəlli deyil, külək onları aparır.

SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti bunu yerli sakindən sitat gətirir.

Yerli sakin “Novaya Tavoljanka”nı tərk edən yerlilərinin vaxtaşırı yaşayış məntəqəsinə qayıdıb öz təsərrüfatlarına baş çəkdiklərini bildirib.

Qeyd edək ki, bir müddət bundan əvvəl Rusiya prezidenti administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko Şebekinski şəhər dairəsi və “Novaya Tavoljanka”ya səfər etmişdi.

Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat vermişdi.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə