Moskvada Federasiya Şurasının İqtisadi Siyasət Komitəsinin sədr müavini Konstantin Dolqov döyülüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Baza” məlumat yayıb.
Hadisə Lujnikidə baş verib. Nəşrin məlumatına görə, Arxangelskdən olan müəyyən bir iş adamı senatorun və onun oğlunun üzünə bir neçə zərbə endirib. Eyni zamanda, sonuncu polisə hər şeyin tərsinə olduğunu və özünün siyasətçinin əlindən əziyyət çəkdiyini bildirib.
Xatırladaq ki, yanvar ayında Samara vilayətinin əmlak münasibətləri naziri vəzifəsini icra edən İqor Andreev və Samara Deputatlar Şurasının "Ədalətli Rusiya" partiyasından olan üzvü Aleksey Mitrofanov aralarında baş verən davadan sonra polisə bir-birlərindən şikayət etmişdilər.
Daha sonra Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn, nazir səlahiyyətlərini icra edən deputata qarşı əks ərizə verərək, onu baş nahiyəsinə vurmaqda ittiham etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB