Bolqarıstanın texniki nazirlər kabineti tərəfindən təyin edilmiş vilayətlərin qubernatorları və onların müavinlərinin istefaya göndərilməsi ilə bağlı ərizələr ölkənin yeni hökumətinin ofisinə kütləvi şəkildə daxil olub.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
“Ölkənin hər yerindən hökumətə vilayət qubernatorlarının və onların müavinlərinin istefası ilə bağlı ərizələr daxil olur. Aksiya misilsizdir və icra hakimiyyəti orqanlarının vətəndaşlar qarşısında öhdəliklərinin yerinə yetirilməsi üçün ciddi sınaq olacaq”-, məlumatda vurğulanıb.
Ölkə regionlarının demək olar ki, bütün qubernatorları istefa verib, onların əksəriyyəti bu qərarı regionlarda dövlət siyasətini həyata keçirmək üçün münasib adamlar təyin etməli olan ölkənin yeni hökuməti qarşısında mənəvi akt kimi müəyyən edib.
Həmkarlarına dəstək verməkdən imtina edən yeganə qubernator Pernik vilayətinin rəhbəri Lyudmil Veselinov olub və o, bölgəni taleyin ümidinə buraxmayacağını bildirib, hakimiyyətin davamlılığının vacibliyini vurğulayıb.
Qeyd olunub ki, qubernatorlara geniş səlahiyyətlər verilir, onlara eyni zamanda hökumət adından regional inkişafın əlaqələndirilməsi, ərazi strukturlarının və yerli hakimiyyət orqanlarının işinə nəzarətin təmin edilməsi məsuliyyəti həvalə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB