Putin ABŞ-ı “yoxlayır”..?

Amerikalı aparıcı Kleyton Morris Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonu “yoxladığını” bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, o, bu barədə YouTube-da yayımlanan Redacted News proqramının efirində bildirib.

“Əgər siz Yer kürəsini nəhəng siyasi şahmat taxtası ilə müqayisə etsəniz, o zaman Moskva və Pekin Vaşinqtonu nəzarət altına alır”, – Morris deyib.

O, Rusiya və Çinin Yaxın Şərqdə təsirinin artdığını, Qərbin region ölkələrini təcrid etmək siyasətinin iflasa uğradığını vurğulayıb.

Bundan başqa, Pekin Kubada hərbi baza yaratmağı planlaşdırır və Moskva və BRİKS ölkələri dolların qlobal dominantlığını sarsıdırlar.

Jurnalist Rusiyanın və Çinin böyük üstünlüyə malik olduğu üçün ABŞ-ın dünya proseslərinə təsir göstərə bilməyəcəyi fikrini bildirib.

Morrisin fikrincə, bu, batmaqda olan “Titanik”də şezlonqları yenidən yerləşdirməyə bənzəyir.

Xatırladaq ki, mayın əvvəlində Clayton Morris, Rusiya və Çinin BRİKS çərçivəsində dolları əvəz etməyə çalışarkən ona böyük zərbə vurduqlarını demişdi.

Onun sözlərinə görə, ABŞ hökumətinin borc problemi və ticarət kəsiri dolları beynəlxalq valyuta kimi daha az cəlbedici edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə