Bu dəfə Konqoda silahlı hücum: 23-ü uşaq olmaqla 46 nəfər ölüb

Bu dəfə Konqoda silahlı hücum: 23-ü uşaq olmaqla 46 nəfər ölüb

Konqo Demokratik Respublikasının Djuqu bölgəsində məcburi köçkünlərin olduğu düşərgəyə silahlı hücum edilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Haber Global” yayıb.

Məlumata görə, hücum nəticəsində 23-ü uşaq olmaqla azı 46 nəfər həlak olub.

Yerli mənbələr cinayətkarların evləri yandıraraq mülki insanlara silah və maçeta ilə hücum etdiklərini, çox sayda insanın isə yanaraq öldüyünü bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə