Rusiyanın Türkmənistandakı səfiri İvan Volınkin ötən gün Aşqabadın respublikada rus dilinin qorunub saxlanmasına diqqətli yanaşmasının Moskva üçün əhəmiyyətindən danışıb.
SİA-nın əldə etdiyi məlumata görə, Volınkin Türkmənistanı Rusiyanın əsl dostu adlandırıb və ölkələrin ortaq istəklərinin olduğunu vurğulayıb.
Volınkin, Moskva ilə Aşqabadın mehriban təmasda olduğunu və bunun həm iki ölkənin dövlətlərinə, həm də iş adamlarına iqtisadi əməkdaşlığın inkişafına kömək edtdiyini bildirib.
Üstəlik, Rusiya Türkmənistana qardaş xalq və əsl dost kimi baxır.
Rusiyalı səfirin dediyinə görə, Aşqabadın xarici siyasətdə neytrallığı Moskva üçün prinsipial əhəmiyyət kəsb edir, çünki bu, xarici amillərdən asılı olmayaraq münasibətləri inkişaf etdirməyə və ümumi dil tapmağa imkan verir.
Səfirin sözlərinə görə, Rusiya və Türkmənistanı ümumi dəyərlər və istəklər birləşdirir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB